Akif Çovdarov azadlığa buraxıldı


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Yeniavaz.com xəbər verir ki, sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb. Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.

DİGƏR XƏBƏRLƏR

Top