
COVID-19 koronavirusunun ən çox yayıldığı ölkələr tərəfindən açıqlanan məlumatlar göstərir ki, kişilərdə qadınlarla müqayisədə ölüm riski daha yüksəkdir.
Yeniavaz.com xəbər verir ki, “Global Health 50/50” adlı beynəlxalq təşkilat tərəfindən toplanan məlumatlara görə, COVID-19-a ən çox rast gəlinən bir çox ölkədə ölüm halları qadınlara nisbətən kişilərdə daha çox qeydə alınıb. Məsələn, ölüm hallarının ən çox baş verdiyi İtaliyada indiyə qədər ölənlərin 71%-i kişilər olub.
Aşağıdakı adları qeyd olunan ölkələrdə koronavirusdan ölən kişi və qadınların nisbəti belə olub:
| Ölkələr | Kişilər | Qadınlar |
| İtaliya | 71 % | 29 % |
| Danimarka | 71 % | 29 % |
| Almaniya | 66 % | 34 % |
| İspaniya | 65 % | 35 % |
| Portuqaliya | 64 % | 34 % |
| Çin | 64 % | 34 % |
| İran | 59 % | 41 % |
| Fransa | 58 % | 42 % |
Tətbiqimizi yükləyə bilərsiniz