Naftalanda itləri güllələyən şəxs peyda olub – VİDEO


Naftalan rayonunda naməlum şəxsin gündüz vaxtı yaşayış binalarının arasında iti güllələməsi ilə bağlı görüntülər yayılıb.
Yeniavaz.com xəbər verir ki, heyvan haqlarının müdafiəsinə dəstək məqsədilə feyzbukda yaradılmış bir qrupda görüntüləri yayan şəxs, hadisəni törədən şəxsin adının Rauf olduğunu, rayondakı 16-cı binada yaşadığını və kafe işlətdiyini bildirib. O, həmçinin bu hadisənin Raufun ilk belə əməli olmadığını da qeyd edib.
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı Naftalan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Hadisədən xəbərsiz olduqlarını və araşdıracaqlarını bildirdilər.
 

DİGƏR XƏBƏRLƏR

Top