Çində karantin və səyahət şərtərinin yüngülləşdirilməsi ilə onminlərlə insan parklara axın edib.
Yeniavaz.com BBC-ə istinadla xəbər verir ki, Çin hökuməti təhlükənin hələ tam olaraq keçmədiyini bildirsə də, bir çox insan turizm obyektlərinə üz tutub.
Dövlət nəzarətindəki “Global Times” agentliyinin xəbərinə görə, aprelin 4-də Anhoy əyalətindəki Xuanşan dağ parkı tibbi maskalar taxmış insanların axınına uğrayıb. Yerli vaxtla səhər 07:48-də parkın 20 min nəfərlik tutumu tamamilə dolub.
İnsanların toplu şəkildə sosial şəbəkələrdə fotolar yayımlamasından sonra Çin Kommunist Partiyası xəbərdarlıq edib.
Eyni hal Şanxayda və paytaxt Pekində də yaşanıb.