Türkiyədə koronavirusdan ölənlərin sayı artdı - SON RƏQƏMLƏR


Türkiyədə yenı növ koronavirusdan (COVID-19) bu gün daha 75 nəfər ölüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində məlumat paylaşıb.

Nazir bildirib ki, son 24 saatda 21 400 şübhəli koronavirus testindən keçib, onlardan 3148 nəfərinin cavabı pozitiv çıxıb.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 649 nəfər ölüb, 30 217 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1415-nin vəziyyəti ağırdır, 1326 nəfər isə müalicə olunub. Bu gün daha 284 nəfər müalicə olunub.

Nazir həmçinin qeyd edib ki, Türkiyədə testdən keçən yeni növ koronavirus şübhəlilərinin sayı yaxın günlərdə 30 mini keçəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top