5G şəbəkəsi koronavirus yayır? – Elm adamları cavablandırdı


Bəzi  dünyaca məşhur şəxslər 1,2 milyondan çox insanı təsiri altına almış koronavirusun konspirasiya nəzəriyyəsindən ibarət olduğunu iddia edirlər.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur Hollivud ulduzu Vudi Harrelson 5-ci nəsil kabelsiz mobil texnologiyanın (5G) koronavirusun yayılmasına səbəb olduğunu iddia edib. O həmçinin 5G mobil şəbəkəsinin mənfi xüsusiyyətlərindən bəhs edən bir məqaləni də yayımlayıb. Məqalədə, 5G-nin yaydığı radiasiyanın virusa yayılmaqda kömək etdiyi bildirilir. Harrelsonun bu iddiasından sonra İngiltərənin bəzi şəhərlərində 5G stansiyaları hücuma məruz qalıb.
Digər tərəfdən məşhur müğənni M.I.A. da sosial şəbəkələr vasitəsilə 5G-nin koronavirus xəstələrinə mənfi təsir göstərdiyinə inandığını bildirmişdi. O pandemiya bitənə qədər 5G stansiyalarının bağlanmasını tələb etmişdi.
İngiltərənin Milli Səhiyyə Direktoru Stefan Povis bu konspirasiya nəzəriyyələri haqqında “əsassız və yersiz” ifadələrini işlədib. Sauthempton Universitetinin əməkdaşı Mişel Hed də, cahillik əlaməti olan belə fikirlərin ictimaiyyətdə yaradacağı panikanın təhlükəli olabiləcəyini deyib:
“Məşhur şəxslər belə konspirasiya nəzəriyyələri ilə çıxış etdiklərinə görə utanmalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top