Müsəlman olduğu üçün xəstəxana qəbul etmədi, qadının körpəsi öldü - Hindistanda


Hindistanda müsəlman olduğu üçün xəstəxanaya qəbul edilməyən hamilə qadın təcili yardım maşınında doğuş edərək körpəsini itirdi.
Yeniavaz.com
xəbər verir ki, Hindistanın Rajasthan əyalətində Bharatpur şəhərindəki dövlət xəstəxanasına təcili yardım maşını ilə gələn hamilə qadının müsəlman olduğu üçün xəstəxanaya qəbul edilmədiyi aşkarlandı.
Hamilə qadının həyat yoldaşı İrfan Xan açıqlamasında xəstəndakı həkimlərin müsəlman olduqları üçün Jaipura getmələrini deyib. 
Bharatpurdakı Janana Xəstəxanasından ayrıldıqdan sonra həyat yoldaşının təcili yardımda doğuş etdiyini deyən Xan, körpəsinin öldüyünü bildirdi:
“Uşağımın ölümünə səbəb bu xəstəxanadır”.
Bu hadisədən sonra xəstəxananın müdiri Dr. Rupendra Jha açıqlama verdi:
“Qadın doğuş üçün gəlmişdi amma vəziyyəti kritik idi. Jaipura göndərildi. Amma nə olur olsun bu məsuliyyətsizlik araşdırılacaq”.

DİGƏR XƏBƏRLƏR

Top