ABŞ-da koronavirusa yoluxanların sayı daha da artıb.
Cons Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 300 915 yoluxma halı qeydə alınıb.
Bildirilir ki, ölkədə 14 459 nəfər COVID-19 infeksiyasından sağalıb.
ABŞ-da koronavirus qurbanlarının sayı isə 8 162 nəfər təşkil edir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.//Report