Azərbaycanda 41673 nəfər koronavirus testindən keçirilib


Aprelin 4-də Azərbaycanda 3806 nəfər koronavirus testindən keçirilib.

Bu barədə Tibbi Ərazilərin İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə testdən keçənlərin sayı 41673 nəfərdir. Reanimasiyadakı və intubasiya olunmuş xəstələrin sayı 4-dür.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 521, virusdan ölənlərin sayı 5, sağalan xəstə sayı 32, aktiv xəstələrin sayı isə 484 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top