Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır


Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır. 

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki,  o, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.

***13:40

Gürcüstanda koronavirusa yoluxanlardan biri ölüb.

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Dünyasını dəyişən pasiyent 79 yaşlı qadındır. O, martın 31-də xəstəxanaya yerləşdirilib. Qadın bir sıra digər xəstəliklərdən də əziyyət çəkirmiş.

Pasiyentin Marneulidən olduğu bildirilir. 

Bu günə qədər Gürcüstanda koronavirusa 157 nəfər yoluxub ki, onların da 28-i tam sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top