Küçəyə çıxma qadağasına əməl etməyən atasını polisə xəbər verdi


Hindistanda Abişek Sinq adlı gənc koronavirus səbəbilə küçəyə çıxmaq qadağasına əməl etməyən atası barədə polisə məlumat verib.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, Sinq polisə zəng edərək, atasının qadağalara əməl etməyərək hər gün çölə çıxdığını bildirib. Polis gəncin məlumatından sonra, atasına xəbərdarlıq edərək ona evdə qalmağı tapşırıb. 
Qeyd edək ki, Hindistanda koronavirusa yoluxanların sayı 2567 nəfər, ölənlərin sayı isə 72 nəfər olub.

DİGƏR XƏBƏRLƏR

Top