
"Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə bağlı bütün qərarları qüvvədədir".
Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın 2 aprel qərarı ilə bağlı keçirilən mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov bildirib.
O qeyd edib ki, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmasına qoyulan məhdudiyyət də qüvvədədir: "Evdən çıxmaq üçün yaşı 65-dən çox olan şəxslər icazə SMS-i alsalar belə, evdən çıxsalar, bu, karantin rejiminin pozulması sayılır. Eyni zamanda fəaliyyətinə icazə verilən qurumlar 65 yaşdan yuxarı əməkdaşları üçün icazə alsa, onların evdən çıxması da karantin rejiminin pozulması sayılacaq".