Koronavirusa yoluxan xəstə: "Yaxınlarınız üçün darıxsanız belə..." – VİDEO


İngiltərədə koronavirusa yoluxduğu üçün karantinə götürülən Şaron Kuk adlı xəstə ağlayaraq insanları evdən çıxmamağa çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, müalicəsi davam edən və vəziyyəti yaxşılaşan Kuk xəstəxanadakı otağından videomüraciət vasitəsilə dünyadakı bütün insanlara səslənib:
“Evdə qalmağın nə qədər əhəmiyyətli bir şey olduğunu bildirmək istəyirəm. Dostlarınız üçün darıxsanız da, çölə çıxmağa dəyməz. Mən də qısa bir müddətə çölə çıxacağımı və telefonumla bəzi şeyləri lentə aldıqdan sonra evə qayıdacağımı fikirləşirdim, amma indi koronavirusa yoluxduğum üçün xəstəxanadayam. Bu dəqiqə xəstəxanadayam və nəfəs almaq üçün mübarizə aparıram”.
Kuk həmçinin xəstə olduğu müətdə çəkdiyi öziyyəti də dilə gətirib:
“Hərarətim yüksək idi və iki həftə müddətində özümü çox pis hissedirdim. Həmin an biri məni öldürmək istəsə qəbul edərdim. Çox pis idi. COVID-19 həqiqətən qorxuludur, çünki nəfəs ala bilmədiyiniz üçün hərəkət belə edə bilmirsiniz”.

DİGƏR XƏBƏRLƏR

Top