Arşavin Özili tənqid etdi


“Arsenal”ın sabiq futbolçusu Andrey Arşavin London klubunun yarımmüdafiəçisi Məsut Özili tənqid edib.

Rusiya millisinin sabiq üzvü Britaniya mətbuatına açıqlamasında türk əsilli almaniyalı futbolçunun oyununun sürətini aşağı saldığını deyib:

“Məsut dünya səviyyəsində böyük futbolçudur, ona hörmət edirəm. Amma mənə görə, o, oyunun sürətini aşağı salır. Mən olsam, onun yerinə başqa oyunçudan istifadə edərdim. Ancaq yəqin ki, baş məşqçi Arteta fərqli düşünür. Onun “Arsenal”da qalacağına inanmıram. Hazırda komanda Artetanın istədiyi səviyyədə deyil”.

Qeyd edək ki, Arşavin 2009-2013-cü illərdə “Arsenal”da çıxış edib.//qol.az

DİGƏR XƏBƏRLƏR

Top