
“WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 1 nəfər inzibati həbs olunub, 5 nəfər isə cərimə edilib.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ötən sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 1243 nəfərə, onlardan Bakı şəhəri üzrə 868 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 12 şəxs isə inzibati qaydada həbs olunub.