Azərbaycanda dollara olan tələb AÇIQLANDI - RƏSMİ


2 aprel tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə bu ayın ilk valyuta hərracı keçirilib. Hərracda valyutaya tələb 74,6 milyon dollar təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Yeniavaz.com xəbər verir ki, bu gün hərracda satılan valyuta əvvəlki - 31 mart 2020-ci il tarixində keçirilən hərracda satılan valyutadan  21 milyon dollar və ya 22% az olub.
Onu da bildirək ki, mart ayının 10-da valyuta satışı bu il ərzində ən yüksək səviyyəyə çatıb – 323,2 milyon dollar. Bu gün satılan valyuta isə 10 mart tarixindən sonra qeydə alının ən aşağı səviyyə olub.

10 mart – 323,2 milyon dollar
11 mart – 155 milyon dollar
12 mart – 220,8 milyon dollar
13 mart – 265,2 milyon dollar
17 mart – 250,3 milyon dollar
19 mart – 243,7 milyon dollar
29 mart – 106,5 milyon dollar
31 mart – 95,6 milyon dollar
2 aprel – 74,6 milyon dollar

DİGƏR XƏBƏRLƏR

Top