Daha bir ölkədə koronavirusdan ölənlərin sayı 10 mini ötdü


Koronavirusun ən çox can aldığı ikinci ölkə olan İspaniyada son 24 saat ərzində 950 nəfər dünyasını dəyişib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bununla da İspaniyada ölü sayı 10 min 3 nəfərə çatıb. Bildirilib ki, aprel ayının 1-i ölkədə virusun yoluxmasından bu yana ən çox insanın öldüyü gündür. Virusa yoluxanların sayı isə 102 min 136-dan 110 min 238-ə çatıb.
Qeyd edək ki, İspaniyada 12 min səhiyyə əməkdaşı da artıq bu virusa yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top