
Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.
Yeniavaz.com xəbər verir ki, ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə kompleks tədbirlər həyata keçirilir. Koronavirus infeksiyasından həm özünüzün, həm də yaxınlarınızın qorunması üçün mütləq qaydada fərdi gigiyena tələblərinə əməl etmək tövsiyyə edilir.
Bu məqsədlə Polis İdarə, Şöbə və Bölmələrində də mütəmadi olaraq müvafiq qaydada dezinfeksiya işləri görülür. Polisə müraciət edən şəxslər ilkin yoxlamadan keçiriləndən və gigiyenik normalara əməl edəndən sonra inzibati binalara buraxılırlar.

Tətbiqimizi yükləyə bilərsiniz