ÜST: "Dünya hələ belə bir virusla qarşılaşmamışdı"


Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirusa yoluxan və ölənlərin sayının artacağını bildirib.
Yeniavaz.com
xaici KİV-ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı son açıqlamasında COVID-19-la bağlı bir çox müəmmalı məqamların olduğunu söyləyib. Bu səbəblə hələ də koronavirusla mübarizədə əsaslı nəticələr əldə edilmir: "Bu virus hələlik yenidir. Dünya bu vaxta qədər belə bir virusla qarşılaşmamışdı. Bilinməyən və olduqca təhlükəli virusdur. Xəstəliyin sürətlə artmasından narahatıq".
Qeyd edək ki, ÜST-ün açıqlamasında bir neçə gün sonra dünyada koronavirusa yoluxanların bir milyonu, ölənlərin sayının isə 50 mini ötəcəyi də bildirilib.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top