İlham Əliyevin yüksək vəzifə verdiyi Sahib Ələkbərovun TƏRCÜMEYİ-HALI


Xəbər veridiymiz kimi, Prezident İlham Əliyev Sahib Nurəddin oğlu Ələkbərovu İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. 

Yeniavaz.com Sahib Ələkbərovun dosyesini təqdim edir:
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri oğlu S.Ələkbərov 1952-ci ildə Samux rayonunda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1984-cü ildə Moskva İctimai Elmlər Akademiyasını bitirib.
Ordu sıralarında hərbi xidməti başa vurduqdan sonra, 1974-cü ildən Azərbaycan Dəmir yolu Biləcəri qovşağında mühəndis, 1975-ci ildən 1996-cı ilədək komsomol və partiya orqanlarında, 1996-cı ildən 2005-ci ilədək özəl sahələrdə müxtəlif vəzifələrdə işləyib. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı, komissiya sədri olub.
O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.
Ailəlidir, üç övladı var.

DİGƏR XƏBƏRLƏR

Top