Muğamla insanları evdə qalmağa səslədi - VİDEO

Şabran rayon sakini, muğam ifaçısı Natiq Əliyev koronavirusla bağlı muğam ifa etdi, musiqisi dillər əzbəri oldu. 

Baku.Tv xəbər verir ki, virusla bağlı ifası onu məşhurlaşdırıb.

İfaçı deyir ki, sağlamlıqla zarafat etmək olmaz: “Evdə qalmaq lazımdırsa, buna əməl etmək hər kəsin vətəndaşlıq borcudur”.

N.Əliyev Xalq artisti Zabit Nəbizadənin tələbəsidir. Asəf Zeynallı adına Musiqi Məktəbinin yetirməsi olan ifaçı 12 ildir ki, Şabran Musiqi Kollecində müəllim işləyir.

DİGƏR XƏBƏRLƏR

Top