Yevlaxda karantin rejimi gücləndirilib


Ölkədə karantin rejiminin gücləndirməsilə Yevlax rayonunda istirahət mərkəzlərinə, parklara və digər əyləncə mərkəzlərinə vətəndaşların daxil olması qadağan edilib. 
Yeniavaz.com xəbər verir ki, Yevlax rayon Polis Şöbəsinin əməkdaşları müəyyən istiqamətlərdə karantin rejimi tələblərini pozan vətəndaşları müəyyən edərək onlara ciddi xəbərdarlıq edib. Küçədə əlcəksiz, maskasız dolaşan sakinlərə xəbərdarlıq edilərək geri qaytarılıb. Bəzi rayon sakinləri isə bəhanələr edərək polisdən uzaqlaşmağa çalışıblar.
Gün ərzində polis patrul maşınları səsgücləndiricilər vasitəsi ilə küçə prospekt və məhəllələri dolaşaraq insanları evdən çıxmamağa və karantin qaydalarına riayət etməyə dəvət edib. 
Esmira Hidayətova,Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top