![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/06497357-9cda-4b72-b8bd-ea97465d427d/ogurluq_suseden.jpg)
Bakıda bağ evidən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsi ərazisindəki bağ evlərinin birindən 49 000 manat oğurlamaqda şübhəli bilinən, orada gözətçi işləyən Astara rayon sakini, əvvəllər məhkum olunmuş R.Rəhmanov saxlanılıb.