Belçikada azyaşlı koronavirusdan öldü


Belçikada yeni növ koronavirus (COVID-19) səbəbilə 12 yaşlı qız öldü.
Yeniavaz.com
xəbər verir ki, Belçika Milli Sağlamlıq İnstitutunun (Sciensano) virusoloq professoru. Dr. Steven Van Gucht, COVID-19 mövzusunda gündəlik mətbuat konfransında, ölkədə 12 yaşlı bir qızın öldüyünü bildirdi.
"3 gün çəkən qızdırmadan sonra halı pisləşdi”-deyən Van Gucht bildirdi ki, bu hadisə həm valideyn, həm də bir insan olaraq bizə çox təsir etdi.
Belçikada ölənlərin sayı 705-ə yüksəldi
Son 24 saat ərzində 876 yeni xəstənin diaqnozu ilə ölkə daxilində COVID-19 hallarının sayı 12,775-ə yüksəldi və daha 192 nəfərin ölümündən sonra ölənlərin sayı 705 oldu.
485 nəfər xəstəxanaya yerləşdirildikdə, xəstəxanada COVID-19 olan xəstələrin sayı 4920 nəfərə çatdı. Reanimasiyada olanların sayı 1021 nəfər olub.
Yerli KİV, Flamand hökumətinin Belçikadakı xəstəxanalara payladığı 100 min maskanın tibbi istifadə üçün uyğun olmadığını bildirdi.
COVID-19-dan qorunmaq üçün paylanmış maskaların sənaye istifadəsi üçün uyğun olduğu qeyd edildi.

DİGƏR XƏBƏRLƏR

Top