
İrandan Türkiyəyə təbii qaz nəql edən borularda partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, partlayış səhər saatlarında, Türkiyənin Doğubayazıt rayonundan keçən borularda meydana gəlib. Partlayışdan sonra baş verən yanğın 40 metr hündürlüyə qalxıb.
Hadisə yerinə gələn təhlükəsizlik dəstələri təbii qazın nəqlini dayandıraraq, baş verən yanğını söndürüb. Qaz xəttindəki partlayışın səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Lalə Cəfərli