Bu nömrəli avtobuslarda yenə basa-bas var - İDDİA


Ölkəmizdə koronavirus pandemiyasının daha çox yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri də vətəndaşların toplu şəkildə bir yerə toplaşmamasıdır. Koronavirusa görə, Azərbaycanda qoyulan tələblərə və alınan qərarlara baxmayaraq hələ də buna əməl etməyənlər var. Yeniavaz.com-a müraciət edən İntiqam İbrahimov avtobusların, əsasən də Əhmədli istiqamətinə gedən avtobusların qaydalara riayət etmədiyini bildirir: “Bu foto səhər saatlarında 7A nömrəli avtobusda çəkilib. Hər səhər işə getdikdə bu vəziyyətlə qarşılaşırıq. Ən çox bu hal 11 və 40 nömrəli avtobuslarda müşahidə olunur. Burada vətəndaşlar yox, sürücü günahkardır. Sürücü saxlamasa vətəndaşlar minməz. Milləti mindirib ortaya sıxlaşın yer var deyirlər. Ümumiyyətlə 11 nömrəli avtobuslar heç təmizlənmir də. Adi təmizlik nədir ki, heç onu etmirlər. Hər yer toz içindədir”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinın mətbuat katibi Mais Ağayev bildirdi ki, hazırda elə hal ola bilməz. İlk vaxtlar var idi indi yoxdur: “Baxmayaraq ki, sərnişin sayı aşağı düşüb. Hamı sərnişinlərin rahatlığını düşünür. Marşrutlardan əlavə, ehtiyat olaraq 7 ekspress xətt açmışıq. Lazım oldu, olmadı hamı evindən çıxır. Bu da hər kəs üçün problem yaradır. Təmizliklə bağlı isə demək istəyirəm ki, hər gün adıçəkilən avtobuslar dezinfeksiya olunur”.

İlhamə Kələyeva

DİGƏR XƏBƏRLƏR

Top