Bu maskalar yenidən istifadə edilə bilər - ABŞ-da


ABŞ yararsız hala salınmış N95 tipli maskaların yenidən istifadəsini təmin edən cihaz gətizdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Ağ Ev"də təşkil etdiyi mətbuat konfransında deyib.
"İstifadə edilib, yararsız hala salınmış N95 tipli maskalar artıq yenidən istifadə edilə biləcək. Yeni gətirilən cihazların hər biri gündə 120 min maskanı dezinfeksiya edə bilir. Beləliklə, hər maska 20 dəfə təkrar istifadə edilə bilər" - deyə, D.Tramp qeyd edib.  
Sözügedən cihazın hazırda Ohayo və New Yorkda olduğunu vurğulayan Tramp, bu cihazı tezliklə paytaxt Vaşinqtondakı tibb işçilərinə təqdim ediləcəyini bildirib. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top