
Bu gün - 30 mart 2020-ci il saat 12:00-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 99 milyon 357 min 806 manat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 73 milyon 965 min 867 manatı hüquqi şəxslər, 5 milyon 391 min 937 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Məlumat üçün qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslər arasında sabiq nazirlər də var. 30 mart 2020-ci il saat 12:00-a olan son məlumata görə sabiq nazirlərdən yalnız 4-nün adı Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şəxslərin siyahısında yer alıb. Ən çox vəsaiti sabiq Mədəniyyət naziri olan Polad Bülbüloğlu ianə edib - 10 000 manat.
Fonda pul köçürən və adı siyahıda yer almayan sabiq nazirləri təqdim edirik:
Mədəniyyət naziri olan Polad Bülbüloğlu – 10 000 manat
Kənd təsərrüfatı naziri İsmət Abasov - 5 000 manat
Maliyyə naziri olan Əvəz Ələkbərov – 700 manat
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov – 500 manat
Baş nazir Novruz Məmmədov -
Baş nazir Artur Rasizadə -
Vergilər naziri Fazil Məmmədov -
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov -
Kənd təsərrüfatı naziri Heydər Əsədov -
Nəqliyyat naziri Ziya Məmmədov -
Eologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov -
Təhsil naziri Misir Mərdanov -
Milli təhlükəsizlik naziri Eldar Mahmudov -
İqtisadiyyat naziri Fərhad Əliyev –
İqtisadiyyat naziri Heydər Babayev –
Daxili işlər naziri Ramil Usubov -
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov -
Xarici işlər naziri Vilayət Quliyev -
Kənd təsərrüfatı naziri İrşad Əliyev -
Müdafiə naziri Səfər Əbiyev -
Milli təhlükəsizlik naziri Namiq Abbasov -
Onu da bildirək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.
Tətbiqimizi yükləyə bilərsiniz