İspaniyada xəstəxanın dəhlizi koronavirusa yoluxan insanlarla dolub-daşır – VİDEO


Avropada ən çox koronavirus pandemiyasının yayıldığı ölkələrdən olan İspaniyada insanlar xəstəxanalarda yer olmadığından dəhlizdə müalicə olunurlar.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya xəstəxanalarından video görüntülər yayımlanıb.
Görüntülərə əsasən koronavirusa yoluxan insanlar xəstəxana otaqlarında yer olmadığı üçün dəhlizdə qoyulan əlil arabaları və yerdəki nazik döşəklər üzərində müalicə alırlar.
Bildirilir ki, xəstəxanalarda yer olmadığı üçün bir qrup insanların müalicəsi evlərində davam etdirilir.  
Qeyd edək ki, son 1 gündə bu ölkədə daha 832 nəfər infeksiyanın qurbanı olub, virusdan ölənlərin sayı 5 690 nəfərə çatıb.
Krallıqda son 24 saatda virus daşıyıcılarının sayı daha 8,2 min nəfər artaraq 72 240 nəfəri ötüb.

İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top