Azərbaycanda yanacağın satışında məhdudiyyət var? - "SOCAR Petroleum"dan AÇIQLAMA


“SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində bütün yanacaq növlərinin satışı fasiləsiz davam etdirilir.

Bunu “Report”a QSC-nin Mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

O qeyd edib ki, hər bir istehlakçı əvvəlki qaydada istədiyi miqdarda yanacaq əldə edə bilər:

“Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara əməl edirik və hazırda heç bir məhdudiyyət yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top