Neft yenidən sürətlə ucuzlaşır – SON QİYMƏT


ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri bu gün 5,3% azalaraq 1 barelə görə 23,6 dollar təşkil edib.
Yeniavaz.com
 xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə bu gün 3,8% azalaraq 20,7 dollar olub.
Məlumat üçün bildirək ki, WTI markalı neftin qiyməti sonuncu dəfə 22 il əvvəl - 1998-ci ilin dekabr ayında bu səviyyəyə düşüb. Brent markalı neftin 1 barelinin qiyməti isə sonuncu dəfə bu səviyyəyə 21 il əvvəl – 1999-cu ilin noyabr ayında düşüb.

DİGƏR XƏBƏRLƏR

Top