Almaniyanın maliyyə naziri koronavirusa görə intihar edib - Məktub yazıbmış


Almaniyanın maliyyə naziri Tomas Şeferin intihar səbəbinin koronavirus olduğu bəlli oldu.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, ölümündən əvvəl yazdığı məktubda koronavirus epidemiyasının iqtisadiyyata, xüsusilə ölkə iqtisadiyyatına ciddi təsir etdiyi və bununla bağlı ümidsiz olduğu qeyd olunub. 
Bu barədə açıqlama verən Hessen əyalətinin baş naziri Volker Bufyer T.Şeferin son dövrlərdə çox çalışdığını və narahat olduğunu bildirdi: 
"Bu yaxınlarda epidemiya ilə əlaqədar çox çalışırdıq. O da bunun stresini yaşayırdı. Bu xəbər bizi dərin sarsıtdı. Sonsuz təəssüf edirik. Şefer böhranla mübarizə aparmaq üçün gecə-gündüz işləyirdi. Belə bir vəziyyətdə onun kimi təcrübəli şəxslərə çox ehtiyacımız vardı. İlk növbədə cəmiyyətin maddi yardımlarını qarşılayıb-qarşılaya bilməyəcəyi ilə bağlı böyük narahatlıqları var idi. Bu da onu məyus edirdi və ümidini itirmişdi, buna görə də çıxış yolunu intiharda gördü".
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top