"COVID-19-dan 100 mindən 200 min nəfərə qədər insanın ölümü yaxşı nəticədir" - Tramp


“ABŞ hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün heç bir tədbir görməsəydi, iki milyondan çox amerikalı öləcəkdi. Buna görə də COVID-19-dan 100 mindən 200 min nəfərə qədər insanın ölümü yaxşı nəticədir”.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
Belə ki, ölkə lideri ölümlərin 2 həftəyə qədər ən yüksək həddə çatacağını bildirib: “Növbəti iki həftə çox vacibdir. Hər kəs öz üzərinə düşəni etməli və sosial məsafəyə diqqət yetirməlidir. Bu bəla, şübhəsiz ki, bir gün başa çatacaq. COVID-19-a qarşı mübarizə tədbirlərini aprelin 30-dək uzatmaq qərarına gəldik. Ümid edirik ki, 1 iyuna qədər hər şey normala dönəcək".
Qeyd edək ki, ÜST-ün son məlumatına görə, dünyada 634 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top