Bakıda restoranda yanğın olub


Bakıda restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli restoranın bacasında yağ qalıqları və dam örtüyündə quraşdırılan havatəmizləyici qurğu yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top