Qardaş ölkədə koronavirusdan ölənlərin sayı artdı


Son bir sutkada Türkiyədə koronavirusa yoluxanların sayı 1,7 min nəfəri ötüb.

Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, ölkədə daha 16 nəfər koronavirusdan vəfat edib: 

"Son 24 saat ərzində 7 641 test edilib və 1 704 yeni yoluxma qeydə alınıb. 16 xəstə öldü. İndi ölənlərin ümumi sayı 108 nəfərə çatdı, xəstələr - 7 402 nəfərdir".

Nazirin sözlərinə görə, koronavirusdan sağalan xəstələrin ümumi sayı 70 nəfərdir.

Qeyd edək ki, yeni koronavirus Türkiyədə ilk dəfə martın 10-da yerli sakində aşkar edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top