Çin və İrandan sonra İtaliyada da koronavirusa qalib gələn xəstə yaşına görə tarixə düşdü


Koronavirusa görə hər gün yüzlərlə insanın öldüyü İtaliyada, sevindirici hadisə baş verib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyada 101 yaşlı COVID-19 xəstəsi virusa qalib gələrək, sağalıb. Sözügedən xəstəyə keçən həftə koronavirus diaqnozu qoyulub və xəstəxanaya yerləşdirilib. 101 yaşlı xəstənin sağaldığı məlum olduqda isə o, evinə buraxılıb.
Qeyd edək ki, İtaliyada koronavirusa görə həyatını itirənlərin təxminən hamısı 70 və daha çox yaşı olan insanlardır. 
Məlumat üçün bildirək ki, İtaliyada COVID-19-a görə həyatını itirənlərin ümumi sayı 10 min nəfəri ötüb.
Lalə Cəfərli

DİGƏR XƏBƏRLƏR

Top