
Türkiyədə koronavirusa yoluxmuş həkim Kadir Gökmen Öğüt insanlara səslənib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Twitter” hesabından video yayımlayıb.
Gökmen Öğüt özünün də bu virusa yoluxduğunu və insanları özlərini qorumağa çağırıb:
“Mən diş həkimi olaraq bu virusa yoluxdumsa, siz də ehtiyyatlı olmalısınız. Evdə oturmaq ən böyük dərmandır. Virusa necə yoluxduğumu bilmirəm. Bazar günü iki dəfn mərasimində iştirak etdim. İndiki ağlım olsaydı, evdən çölə çıxmazdım”.
G.Öğüt eyni zamanda vəziyyətinin yaxşı olduğunu vurğulayıb: “Hal-hazırda yüngül öskürürəm. İştahım yerindədir, iki gün ərzində evə buraxılacağımı düşünürəm”.
Qeyd edək ki, Gökmen Öğüt eyni zamanda keçmiş deputat olub.
Sevgili dostlarım,arkadaşlarım,akrabalarım ,hemşerilerim hastalarım pazar günü itibariyle yaşadığım CORONA VİRÜSÜ maceramı anlattığım videoyu izlemenizi rica ederim.#covit19 #Corona #evdekal #Herseyinbasisaglik #SağlıkİcinEvdeKal pic.twitter.com/JVBXg4Sjuf
— Kadir Gökmen ÖĞÜT (@KadirGokmenOgut) March 26, 2020