
Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu, bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq.
Bu barədə ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir.
“27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” - deyə, məlumatda qeyd olunub.
Bildirilib ki, bayraq qaldırma mərasimi rəsmi şəxslərin iştirakı ilə keçiriləcək.//Report
Tətbiqimizi yükləyə bilərsiniz