
Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 5698-ə, ölənlərin sayı isə 92-yə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
“Türkiyə vətəndaşlarıı qorumaq üçün əlindən gələn hər şeyi edir. İstəsək də, istəməsək də yaxın günlərdə vəziyyət fərqli olacaq. Bu gün 7533 test keçirilib, onlardan 2069-u müsbət nəticə verib, bizdə ümumilikdə 5698 xəstə var. Bu gün daha 17 pasiyentimizi itirdik, ümumilikdə isə 92 nəfər dünyasını dəyişmiş oldu ”, - F.Qoca qeyd edib.
Bugünə qədər 42 nəfərin sağaldığını vurğulayan Qoca, xəstəxanaların reanimasiya şöbələrinin 63 faizinin dolduğunu və kifayət qədər tənəffüs cihazının olduğunu vurğulayıb.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz