Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmi 1 manat köçürənlər kimlərdir? – SİYAHI


Bu gün 27 mart 2020-ci il saat 17:30-a olan sonuncu məlumata görə Koronavirusla Mübarizəyə Dəstək Fonduna  90 milyon 545 min 325 manat daxil olub. 

Yeniavaz.com xəbər verir ki, bu məbləğin 20 milyon manatı dövlət büdcəsindən, 66 milyon 702 min 518 manatı hüquqi şəxslər, 3 milyon 842 min 807 manatı isə fiziki şəxslər tərəfindən köçürülüb.
Fonda istər hüquqi, istərsə də fiziki şəxslər tərəfindən fərqli məbləğlərdə vəsait köçürülüb. Hüquqi şəxslər arasında ən böyük məbləği “AZ-Granata LLC”, “Paşa Holding”, “Tabaterra CJSC”, “UGE Middle East Development MMC” və “Azercell telekom” şirkətləri olub. Bu şirkətlərin hər biri Fonda 2 milyon manat köçürüblər. Ən az məbləği isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “Hayat Motors” MMC ianə edib. Bu qurumların hər biri Fonda cəmi 1 manat ayırıb.
Fiziki şəxslər arasında ən çox pul köçürən isə Rusiyada yaşayan və əslən Quba rayonunun “Qırmızı Qəsəbə”dən olan iş adamı Qod Nisanov olub. Qod Nisanov Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat pul köçürüb.
Ən az vəsait ödənişi isə cəmi 1 qəpik olub. Fonda 1 qəpik ödəyən fiziki şəxslərin sayı  3 nəfər olub. Bunlardan başqa Fonda iki nəfər tərəfindən  2 qəpik odənilib.
Ümumilikdə isə Fonda 24 nəfər tərəfindən 1 manatdan az vəsait ödənilib. Ödənişlər əsasən 10, 20 və 30 qəpik olub.
Məlumat üçün qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Prezidenti İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb. Dünən Fonda ən çox pul köçürən şəxslər arasında ölkə prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva da yer alıb. Prezident İlham Əliyev 126 900 manat, birinci vitse-prezident Mehriban Əliyeva isə 101 700 manat köçürüb.

DİGƏR XƏBƏRLƏR

Top