Koronavirus səbəbindən bu sahədə yüzminlərlə işçiyə ehtiyac yaranıb


Dünyada sürətlə yayılmaqda olan COVİD-19 koronavirusu səbəbindən insanlar evlərindən çölə çıxmamağa çalışırlar.
Bir çox ölkələrdə insanların evdən çıxmasına müəyyən yaş hədləri nəzərə alınmaqla hətta rəsmi məhdudiyyətlər də tətbiq edilir.  
Yeniavaz.com xəbər verir ki, insanların evdən çıxmaması “evə çatdırılma” xidməti göstərən pərakəndə ticarət şirkətlərinin dövriyyəsini kəskin şəkildə artırıb.
ABŞ-ın Milli İctimai Radiosu (NPR) və “Market Watch” analitik mərkəzinin yaydığı hesabatda qeyd olunur ki, pərakəndə ticarət şirkətləri mövcud işçi heyətilə artan sifarişlərin qarşılaya bilmirlər. 
Hesabatda nəhəng pərakəndə ticarət şirkətlərindən olan “Instacart”ın 300 000, “ Walmart”ın 150 000, “Amazon”un  100 000 əlavə işçiyə ehtiyacı ehtiyacı olduğu bildirilir.  
Bundan başqa müştərilərin sifarişlərini vaxtında çatdıra bilmək üçün “Pizza Hut” şirkətinin 30 000, ”Papa John's Pizza” şirkətinin isə 20 000 insanı işə qəbul edəcəyi açıqlanıb. 

DİGƏR XƏBƏRLƏR

Top