Karantin dövründə Bakıya bu şəxslərin buraxılmasına icazə veriləcək - RƏSMİ AÇIQLAMA


"Karantin vaxtı vətəndaşların iş yerləri fəaliyyətini davam etdirirsə  onlar orada işlədiklərinə dair hər hansı sənəd və ya vəsiqə ilə Bakıya buraxılacaq".
Bu sözləri Yeniavaz.com-a açıqlamasında DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, ümumilikdə hamıya deyilmişdi ki, Bakıdan getməsinlər. Ancaq indi rəsmi iş yeri olmayan şəxslər Aprelin 20-nə qədər yenidən Bakıya qayıda bilməyəcək: "Karantin vaxtında kimlərin Bakıya buraxılacağına gəldikə isə əgər rayon qeydiyyatı olan həmin şəxsin rəsmi iş yeri varsa və onun orada işlədiyinə dair hər hansı sənədi, vəsiqəsi varsa onlar Bakıya buraxılacaq. Ancaq burada vacib məqamı qeyd etmək lazımdır ki, gərək Bakıya daxil olmaq istəyən rayon qeydiyyatlı şəxslərin iş yerləri fəaliyyətini davam etdirsin. Əgər Operativ Qərargahın qərarı ilə onların iş yerləri fəaliyyətini dayandırıbsa onlar buraxılmayacaq". 
Qeyd edək ki, Bakı, Sumqayıt və ya Abşerona gəlmək istəyən şəxslərin ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq. Digər tərəfdən xəstələr və təcili yardım avtomobillərinin də Bakıya daxil olmasına icazə veriləcək. 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top