
Çin hökuməti COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkəyə xaricdən gələnlərin girişini müvəqqəti olaraq bağlamaq barədə qərar qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi açıqlama verib. Açıqlamada qərarın martın 28-dən etibarən qüvvədə olacağı bildirilib.
Bundan əlavə, vacib iqtisadi-ticari, elmi, habelə təcili humanitar səbəblər üçün Çinə səfər etmək istəyənlər Çinin xaricdəki səfirlik və konsulluqlarına viza üçün müraciət etmələri qeyd olunub.
Xatırladaq ki, ötən gün Çinə xaricdən gələn əcnəbilər arasında 67 nəfərin virus daşıyıcısı olduğu aşkarlanıb.
Qeyd edək ki, Çin Milli Səhiyyə Komissiyası, 81.285 nəfərin koronavirusa yoluxduğunu və epidemiya səbəbiylə 3.287 adamın öldüyünü qeyd edib.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz