
Peruda yerli əhali koronavirusun yaranmasında yarasaları günahlandıraraq onlara qarşı kütləvi ov təşkil edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Perunun Milli Meşə və Vəhşi Təbiət Xidmətinin (SERFOR) direktoru Cesika Qalvez Dyüran məlumat yayıb.
Məlumata görə, hökümət koronavirusun təbii olması barədə mütəmadi olaraq bəyanat verməsinə baxmayaraq əhali bütün günahları məhz yarasalarda görür.
Qurumun əməkdaşları ölkənin Kahamarka bölgəsində 200 yarasanı insanların əlindən xilas edərək mağaralara buraxıblar.
"COVID-19 pandemiyası səbəbiylə yarasaları günahlandırmamalıyıq. Onlar bizim düşmənimiz deyil, əksinə, yarasaların 70% -i kənd təsərrüfatına və sağlamlığımıza zərərli olan həşəratlarla qidalanırlar. Məsələn, ağciyər və digər xəstəlikləri ötürən ağcaqanadları yeyirlər" - deyə, C.Q.Dyüran bildirib.
İlahə Hüseynova
Tətbiqimizi yükləyə bilərsiniz