Türkiyədə bu gün 16 nəfər koronovirusdan (COVİD-19) ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də yazıb.
Nazir bildirib ki, son 24 saatda 7286 nəfərdən koronovirus şübhəsi ilə analiz götürülüb, onlardan 1196-nın nəticəsi pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 3629-a, virusdan ölənlərin sayısı ilə 75-ə çatıb.