İraqda 2 türk əsgəri şəhid olub, yaralılar var


PKK terrorçularının minaatanlardan açdığı atəş nəticəsində İraqın şimalında 2 türk əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Haftanin rayonunda qeydə alınıb. Terrorçuların açdığı atəş nəticəsində habelə daha 2 türk əsgəri yaralanıb.  

Nazirlik bildirib ki, düşmənin obyektlərinə cavab atəşi açılıb, hədəflər məhv edilib və ölən hərbçilərin qisası alınıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top