Bakıda Xorvatiya prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycana rəsmi səfərə gələn Xorvatiya Respublikasının prezidenti, xanım Kolinda Qrabar-Kitaroviçin rəsmi qarşılanma mərasimi keçirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Xorvatiya prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviçi qarşılayıb. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qonaq Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Kolinda Qrabar-Kitaroviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim edilib. Dövlət başçıları rəsmi foto çəkdiriblər.

DİGƏR XƏBƏRLƏR

Top