"Şirvan toyuqları"ndan koronavirusla mübarizəyə dəstək

"Okean-S KFT" MMC ("Şirvan broyler") koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 min manat vəsait köçürüb. Şirkətdən Yeniavaz.com-a daxil olan məlumatda deyilir:
"Okean-S KFT" MMC ("Şirvan broyler") ölkə başçısı cənab İlham Əliyevin sahibkarlıq subyektlərinin sosial məsuliyyət və sosial həmrəylik nümayiş etdirmələri barədə tövsiyələrini rəhbər tutaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 3 min manat vəsait köçürüb".

DİGƏR XƏBƏRLƏR

Top