![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/3/24/1/419a8e1d-8c39-45c6-9869-86251e65ab27/dezinfeksiya-aqta.jpg)
İctimai iaşə müəssisələrində dezinfeksiya edilməsi vacib olan sahə və səthlərin siyahısı açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu məlumat yayıb.
Siyahını təqdim edirik:
- İctimai iaşə müəssisələrinin ərazisi;
- Binanın daxilində olan bölmələr;
- Masa və stulların səthləri;
- Pəncərələr və pəncərə altlıqları, tutacaqları;
- Döşəmə və divar səthləri;
- Qapılar və qapı tutacaqları;
- Mətbəx avadanlıqları;
- Təmizlik üçün istifadə olunan bölmələr.