![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/1/26/1/a2d62d6a-115d-413a-970c-3339a62aa656/koronavirus-cin.jpg)
İspaniyada daha 462 nəfər koronavirusun qurbanı olub.
Ölkədə koronavirusdan ölənlərin sayı 2 182 nəfərə çatıb.
İspaniyada yoluxanların sayı isə 33 000-i ötüb.
Xatırladaq ki, ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 192 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 349 772-yə çatıb. Bunların 100 345 nəfəri sağalıb, 15 306 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)